21 
Sen
2017
17:37
38
72
4361
Virtual karabakh

Daha bir filial 24/7 iş rejimində!

21 Sen, 2017
17:37
4361

Daha bir filial 24/7 iş rejimində!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Expressbank" müştərilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, daha bir filialını 24/7 iş rejiminə keçirir. Belə ki, artıq M. Hadi küç. 31 S ünvanında (Əhmədli metrosunun əsas çıxışı) yerləşən "Expressbank"ın Əhmədli filialı da həftənin 7 günü 24 saat müştərilərə xidmət göstərəcək. Burada müştərilər sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər. 

Xatırladaq ki, "Expressbank"ın daha bir filialı - şəhərimizin mərkəzində, Bülbül prospekti 29 ünvanında yerləşən Nəsimi filialı da həftənin 7 günü 24 saat Bakı sakinləri və qonaqlarının xidmətindədir. Bank-ın MXD, Elmlər, Yasamal, Neftçilər filiallarında isə mövcud 24/7 zonalarında müştərilər  ATM və Expresspay ödəniş terminalları vasitəsilə istənilən zaman pul nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini rahat və sürətli həyata keçirə bilərlər.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi "Facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil olaraq əldə edə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri