22 
Sen
2017
13:50
51
21
5108
Virtual karabakh

Bakı sakinləri hansı mənzilləri alırlar?

22 Sen, 2017
13:50
5108

Bakı sakinləri hansı mənzilləri alırlar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı əhlinin aktual müzakirə mövzularından biri mənzildir. Mənzil sahibi olmaq əksər şəhər sakinlərinin arzusudur. Bəs görəsən, paytaxt əhli hansı mənzillərə üstünlük verir – Sovet dönəmində tikilmiş, yoxsa son illərdə inşa olunmuş yeni tikililərə?

Oxu.Az “ACT Azərbaycan”ın  19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edir:

Bakı sakinlərinin yarıdan çoxu yeni tikililərə üstünlük verdiyini bildirib (53 %). Sovet dönəminin tikililərinə maraq nisbətən azdır (34 %).

Bəs hündürmərtəbəli binaları respondentlər üçün cəlbedici edən amillər hansılardır?

Yeni tikililəri sevdirən əsas səbəb onların geniş əraziyə malik olmalarıdır. Hündürmərtəbəli binaları seçənlərin yarıdan çoxu onları məhz bu səbəbdən seçdiklərini bildiriblər (65 %).

“Novostroyka”nı sevdirən ikinci amil bu binaların strukturunun, kommunikasiya və təchizat sistemlərinin yeni qurulmasıdır (32 %).

Yeni tikililərin gözəl xarici görünüşə malik olmaları mənzil seçiminə təsir edən amillər arasında ilk üçlükdədir (30 %).

Yeni tikililəri bəyənənlərin beşdə biri onları sıfırdan dizayn etmə və ya planlaşdırma özəlliklərinə görə bəyəndiklərini bildirirlər (19 %).

Hündürmərtəbəli binaları sovet dönəminin tikililərindən daha təmiz sayanlar da bu sorğuda ön sıralarda yer alıblar (13 %).

Sorğu 19 aprel – 1 may tarixlərində, Bakı şəhərində, 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri