22 
Sen
2017
15:39
10
64
2623
Virtual karabakh

VTB (Azərbaycan) əməkhaqqı kartı sahiblərinə kredit təklif edir

22 Sen, 2017
15:39
2623

VTB (Azərbaycan) əməkhaqqı kartı sahiblərinə kredit təklif edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

VTB (Azərbaycan) bankın əməkhaqqı kartı sahiblərinə 300-5000 manat məbləğində kredit təklif edir. Bu zaman krediti almaq üçün zamin yalnız məbləğ 3500 manatdan yuxarı olduğu halda tələb olunur. 

Verilən kreditin maksimal həcmi borcalanın əməkhaqqının dörd mislinə bərabərdir. Kredit üzrə faiz dərəcəsi illik 28% təşkil edir. Kreditin müddəti – 6 aydan 24 ayadəkdir. 

Kredit almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir – bank borcalandan əlavə sənəd tələb etmir. 

Bank VTB (Azərbaycan)-ın əməkhaqqı layihəsi maaş, eləcə də, digər daimi və birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsuludur. VTB (Azərbaycan) kartı ilə əməkhaqqı alan müştərilər yerli Accessbank, PashaBank, VTB qrup bankları olan VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), həmçinin Rusiyadakı VTB24 və Poçt Bank daxil olan güzəştli bankomat şəbəkəsindən sərfəli tariflərlə istifadə edə bilər.

Əlavə məlumatı bankın ofislərinə və ya 986 qısa nömrəsi ilə Çağrı Mərkəzinə müraciət edərək əldə etmək mümkündür. 

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də, fiziki şəxslərə xidmət göstərir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri