22 
Sen
2017
18:10
104
28
1485
Virtual karabakh

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

22 Sen, 2017
18:10
1485

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

OPEC+ anlaşmasının iştirakçıları 2017-ci ilin II yarısında neftə olan tələbatın 2 mln. barel/gün artacağını proqnozlaşdırırlar.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu OPEC+ neft nazirlərinin Monitorinq Komitəsinin bu gün keçirilən iclasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"İlin ilk yarısı ilə müqayisədə neftə tələbatın 2 mln. barel/gün artacağını ehtimal edirik", - deyə nazir qeyd edib. Nazir əlavə edib ki, OPEC+ iştirakçıları 2018-ci ilin mart ayından sonrakı dövr üçün də strategiya işləyib hazırlamalıdır.

Xatırladaq ki, bu gün Vyanada keçirilən iclasda OPEC+ anlaşmasından azad olunan Nigeriya və Liviyanın neft hasilatı müzakirə olunacaq. Nigeriyanın neft naziri bugünkü açıqlamalarında OPEC+ anlaşmasına qoşula biləcəklərini qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri