23 
Sen
2017
10:58
241
44
3044
Virtual karabakh

Azərbaycan Türkiyəyə traktor ixrac edəcək

23 Sen, 2017
10:58
3044

Azərbaycan Türkiyəyə traktor ixrac edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Belarus Türkiyəyə traktorlar ixrac edəcək.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu “Minsk traktor zavodu” ASC-nin baş direktoru Fyodor Domotenko deyib.

Onun sözlərinə görə, zavod Gəncə Avtomobil Zavodu ilə Azərbaycana traktor ixracı barədə yeni müqavilə, eləcə də, Türkiyə bazarına birgə çıxış barədə protokol imzalayıb: “Bu məqsədlə bizim tərəfdaşlarımız beş milyon dollar dəyərində maliyyə vəsaiti ayıracaq. Yeni texnika Azərbaycandan ixrac olunacaq”.

Öz növbəsində Gəncə Avtomobil Zavodunun Müşahidə şurasının sədri Xanlar Fətiyev deyib ki, bu, iki ölkənin Türkiyədə birgə məhsulu olacaq: "Biz üç il ərzində 2,3-3 min traktor satışına nail olmağa ümid edirik”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri