12 
Okt
2017
12:42
21
134
3467
Virtual karabakh

Əbülfəs Qarayev: İkinci Şopinq Festivalda sürprizlər olacaq - FOTO + YENİLƏNİB

12 Okt, 2017
12:42
3467

Əbülfəs Qarayev: İkinci Şopinq Festivalda sürprizlər olacaq - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Əvvəl insanlar və ticarət obyektləri Bakı Ticarət Festivalına (Baku Shopping Festival) qoşulmağa ehtiyatla yanaşırdı. Ötən il ƏDV qaytaran və festivalda iştirak edən obyektlərin sayı 172 idisə, bu dəfə 467 müəssisə qeydiyyatdan keçib".

Oxu.Az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs  Qarayev deyib. O bildirib ki, ƏDV qaytarmayan, amma endirim tətbiq edən partnyorların sayı ilk dəfə 33 idisə, bu dəfə 111-dir.

Nazir deyib ki, festivalda partnyor kimi iştirak edəcək supermarketlərdə endirimlər qida məhsullarına şamil edilməyəcək: "Burada sırf elektron texnikaları üçün ƏDV qaytarılmalıdır".

Məlum olub ki, növbəti ildə turistlər üçün xüsusi imtiyaz kartı tətbiq olunacaq: "Bununla bağlı iş gedir. Məsələ təhlil edildikdən sonra saya görə hazırlıq görüləcək".

***

12:17

Oktyabrın 15-də Bakıda İkinci Şopinq Festivalı öz işinə başlayacaq.

Oxu.Az xəbər verir ki bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, bu festival birincidən fərqlənir: Bu, həm mövsüm, həm də iştirakçıların sayı baxımından fərqlənir.

Festivala 578  ticarət obyekti qoşulacaq. Bu mağazalar və xidmət mərkəzlərinin böyük əksəriyyəti ƏDV qaytarılması sisteminə qoşulmaqla, turistlər və yerli alıcılar üçün böyük fürsətlər təqdim edəcəklər.

Nazir qeyd edib ki, festivalın məqsədi işgüzar dövrdə də ölkəyə turist cəlb etməkdir.

Budəfəki Şopinq Festivalında ƏDV-nin qaytarılması sisteminə 10 bank da qoşulub.

Mədəniyyət və turizm naziri Ə.Qarayev bildirib ki, birinci festivalla müqayisədə ikinci festivalda iştirakçıların sayı üç dəfə artıb.

Leyla Əliyeva

FOTO: Ehtiram Jabi

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri