12 
Okt
2017
15:28
15
58
4667
Virtual karabakh

Bu banklar böhran yaşayacaqlar

12 Okt, 2017
15:28
4667

Bu banklar böhran yaşayacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın 9 iri bank strukturu yaxın illərdə dayanıqlı mənfəətin təmin edilməsində çətinliklər yaşayacaq.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) "Qlobal maliyyə sabitliyi" hesabatında qeyd edib.

Hesabatda bildirilir ki, bir çox bank biznes-modellərini dəyişərək, rentabelliyini artırsa da, bəzi banklar keçmişdən miras qalan problem və çatışmazlıqlar səbəbindən çətinlik çəkməyə davam edir.

IMF xüsusilə bu banklar arasında Almaniyanın "Deutsche Bank", Britaniyanın "Barclays" və "Standard Chartered", ABŞ-ın "Citigroup", Fransanın "Societe Generale", İtaliyanın "Unicredit", Yaponiyanın "Sumitomo Mitsui Financial Group", "Misubishi UFJ Financial Group" və "Mizuho Financial Group" banklarını qeyd edib.

Fond bildirir ki, bu banklar toplam olaraq 17 trln. ABŞ dolları həcmində aktivlərə sahibdir. Gələcəkdə hər hansı bir maliyyə çalxanması olarsa, bu bankların kifayət qədər kapital formalaşdırması çətin olacaq.

Qeyd edək ki, adıçəkilən bankların bəzilərinin Azərbaycanla əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) - "Deutsche Asset & Wealth Management International GmbH."nın idarəetməsinə verilib. "UniCredit  bankı isə Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bank Azerbaijan" QSC-nin səhmdarlarından biridir.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri