13 
Okt
2017
10:01
8
51
2109
Virtual karabakh

Bu səbəblər "Bitcoin"in qiymətini maksimuma çatdırdı

Rusiyanın “Bitcoin”in emissiyasına nəzarəti gücləndirəcəyini açıqlaması, eləcə də, Çindən gələn müsbət xəbərlər virtual valyutanın qiymətini bahalaşdırıb. Nəticədə “Bitcoin”in qiyməti ilk dəfə 5 min dollar səviyyəsini aşıb.

Oxu.Az xəbər verir ki, Çində “Bitcoin”lə ticarətin heç bir qadağa olmadan davam edəcəyi barədə xəbərlər bu maliyyə alətinin qiymətinin bir gündə 500 ABŞ dolları və ya 9,2% artmasına gətirib-çıxarıb.

Dünənki hərraclarda da “Bitcoin”in qiyməti 13%-ə yaxın artım göstərib. Belə ki, bu gün səhər saatlarında 5874 dollara yüksələrək, tarixi maksimal səviyyəyə çatıb.Son 24 saatda "Bitcoin" əməliyyatlarının həmci 540 milyon dollar təşkil edib. 

L.Ə.

www.oxu.az

Digər İqtisadiyyat xəbərləri