13 
Okt
2017
17:39
3
83
722
Virtual karabakh

Büdcə kəsirinin ÜDM-yə olan nisbəti açıqlandı

Cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 30,3 faiz artaraq, 10788,8 milyon manata, xərcləri isə 21,2 faiz artaraq, 11327,5 milyon manata çatıb.

Oxu.Az Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcənin icrasında yaranan 538,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,2 faizini təşkil edib. 

Daxilolmaların 21,2 faizi əlavə dəyər vergisi, 15,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,7 faizi fiziki şəxslərin gəlir vergisi, 3,8 faizi aksizlər, 10,8 faizi digər vergilər, 42,4 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 27,9 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 15,2 faizi sosial müdafiə və sosial təminat, 14,1 faizi ümumi dövlət xidmətləri, 13,2 faizi təhsil və səhiyyə sahələrinin, 29,6 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

L.Ə.

www.oxu.az

Digər İqtisadiyyat xəbərləri