13 
Okt
2017
18:05
26
110
2052
Virtual karabakh

İlin əvvəlindən bu qədər müəssisə ləğv edilib

Bu ilin yanvar-sentyabr ayları ərzində müəssisə və təşkilatların sayı 7,7 faiz artaraq, 2017-ci il oktyabrın 1-i vəziyyətinə 115651 ədəd olub. Hesabat dövründə 8782 müəssisə yaradılıb, 489 ədədi ləğv edilib. 

Oxu.Az Statistika Komitəsinə istinadən xəbər verir ki, xüsusi mülkiyyətə aid olan müəssisə və təşkilatların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (28,7%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (19,5%), “Tikinti” (10,8%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (9,5%), “Peşə, elmi və texniki fəaliyyət” (7,0%) və “Emal sənayesi” (5,9%) sahələrinin payına düşüb.

Hesabat dövründə ləğv edilən müəssisə və təşkilatların 23,7 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 14,5 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat” sahələrinin, 11,5 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 11,0 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 7,2 faizi “Tikinti”, 5,5 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 4,9 faizi “Emal sənayesi”, qalanları isə digər bölmələrdə olub. 

L.Ə.

www.oxu.az