16 
Okt
2017
10:27
12
40
2213
Virtual karabakh

FES dekabrda faiz artımına gedəcəkmi?

16 Okt, 2017
10:27
2213

FES dekabrda faiz artımına gedəcəkmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellen bu il ölkə iqtisadiyyatında ən böyük sürpriz inflyasiyanın yaşandığını bildirib.

Oxu.Az xəbər verir ki, Yellen əmək bazarının güclənməkdə olduğunu bəyan edib. Onun sözlərinə görə, avqust ayında məşğulluq orta hesabla 170 minə qədər artıb. 

C. Yellen  FES-in bu aydan etibarən 4,5 trln. dollar həcmində olan balansın azaldılmasına başlayacağını diqqətə çatdırıb.

Faiz dərəcələrinin artırılması prosesinin davam etdiriləcəyini deyən C.Yellen FES rəhbərliyinin buna müsbət baxdığını bildirib. Bununla belə, o, 12-13 dekabr tarixlərində keçiriləcək iclasda uçot dərəcəsinin artırılıb-artırılmayacağına dair heç bir məlumat verməyib.

Qeyd edək ki, FES rəhbərinin açıqlamasından sonra dolların məzənnəsi yüksəlməyə başlayıb. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri