16 
Okt
2017
10:35
5
66
1392
Virtual karabakh

Dərman idxalı ilə bağlı yeni sənədlər hazırlanır

16 Okt, 2017
10:35
1392

Dərman idxalı ilə bağlı yeni sənədlər hazırlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda dərman bazarına nəzarəti daha da gücləndirmək, ölkəyə daha keyfiyyətli dərmanların gətirilməsini təmin etmək üçün yeni sənədlər hazırlanır.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, “Bioloji aktiv əlavələrin ekspertizadan keçirilməsi qaydaları”  hazırlanaraq, aidiyyəti qurumlara göndərilib. Hazırda isə “Dərman vasitələrinin idxalına icazənin verilməsi qaydaları” hazırlanır.

Diqqətə çatdıraq ki, hazırda Azərbaycanda dərman vasitələrinin idxalı və ixracı “Dərman vasitələri haqqında” qanun əsasında həyata keçirilir.

“Lisenziyalar və icazələr haqqında” qanuna əsasən, sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında dərman vasitələrinin Azərbaycan ərazisinə idxalına icazə də öz əksini tapıb.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri