16 
Okt
2017
12:29
7
48
2142
Virtual karabakh

Ceyms Daymon "Bitcoin" ilə bağlı proqnozunu açıqladı

16 Okt, 2017
12:29
2142

Ceyms Daymon "Bitcoin" ilə bağlı proqnozunu açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə 5,856 dollar səviyyəsinə yüksələn virtual valyuta "Bitcoin"in dəyəri 5,500 dollara enib.

Oxu.Az xəbər verir ki, ilin əvvəlindən dəyəri gah yüksəlib, gah da enən "Bitcoin" 480 faiz bahalaşıb. Virtual valyutaları tənqid edən "JPMorgan Chase & Co"nun rəhbəri Ceyms Daymon "Bitcoin"in etibarsız investisiya olduğunu deyir: “Əgər bu valyutalara investisiya edəcək qədər axmaqsınızsa, bunun nəticəsi sonda ağır olacaq".

Tədavüldə olan "Bitcoin"in həcminin  100 milyard dollara yaxınlaşdığını xatırladan C.Daymon "bu, son dərəcə kiçik rəqəmdir", - deyir: “Valyuta bazarında gündə 6 trilyon dollar dövr edir". 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri