16 
Okt
2017
15:08
76
23
1552
Virtual karabakh

"Bank Respublika" yenidən "Zolotaya korona" sisteminə qoşulub

16 Okt, 2017
15:08
1552

"Bank Respublika" yenidən "Zolotaya korona" sisteminə qoşulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Bank Respublika" "Zolotaya korona" sistemi üzrə təcili pul köçürmələrini bərpa etdi.

MDB və digər xarici ölkələri əhatə edən sistem vasitəsilə pulköçürmə xidmətləri hal-hazırda bankın bütün filiallarında göstərilir. 

"Bank Respublika" müştəriləri üçün bu sistem vasitəsilə MDB və digər xarici ölkələrə 1%-dən başlayan (göndərilən məbləğ və istiqamətdən asılı olaraq) tariflərlə sərfəli şərtlərlə 10 dəqiqə ərzində pul köçürmək imkanı yaradılıb.

Müştərilər vəsaitləri üç valyutada - ABŞ dolları, Avro və Rusiya rublunda ani məqamda göndərə və ala bilərlər. Onu da qeyd edək ki, bankın filiallarında köçürmə əməliyyatları etdikdə valyuta mübadiləsi üçün çox sərfəli məzənnələr təklif olunur.

"Zolotaya Korona" sistemi ilə pul köçürmək üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək, bank tərəfindən təqdim olunan müvafiq blankı doldurmaq tələb olunur. Daha sonra müştəriyə 9 rəqəmli kod verilir, pulu alan şəxs həmin kodu təqdim edən kimi köçürməni ala bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri