16 
Okt
2017
15:58
18
165
2453
Virtual karabakh

Məhərrəmlikdən sonra qızıl bahalaşacaq

16 Okt, 2017
15:58
2453

Məhərrəmlikdən sonra qızıl bahalaşacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Son 1 ildə dünya bazarında 3.75 faiz bahalaşan qızılın 1 qramı hal-hazırda 42 dollara yaxın təklif edilir".

Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu hər unsiyanın qiymətinin 1300 dollar olması deməkdir:" Bu gün qızılın hər unsiyasında 2.5 dollar artım qeydə alınıb. Amma hələlik dünya bazarında qızılın qiymətində kəskin artımlar proqnozlaşdırılmır".

Ekspert əlavə edib ki, məhərrəmlik ayının başlaması ilə bağlı olaraq Azərbaycanın qızıl bazarında durğunluq müşahidə edilir. Bununla belə, güman olunur ki, növbəti ayın ortalarından başlayaraq, daxili bazarda qızıla tələb yenidən yüksələcək və bu da qiymət artımlarına gətirib-çıxara bilər.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri