16 
Okt
2017
16:35
120
18
2206
Virtual karabakh

Bu tarixdən Bakı - Əbu-Dabi marşrutu üzrə birbaşa aviareys açılacaq

16 Okt, 2017
16:35
2206

Bu tarixdən Bakı - Əbu-Dabi marşrutu üzrə birbaşa aviareys açılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin 2 mart tarixindən etibarən “Etihad” hava yolları Əbu-Dabi-Bakı birbaşa aviareysinə start verəcək.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Bu marşrut Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Azərbaycan arasında olan yeni marşrutdur. Aviareyslər 136 nəfərlik (16 biznes-klass, 120 ekonom-klass) “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.

“Biz Əbu-Dabidən bir çox inkişaf etmiş şəhərlərə birbaşa aviareyslər təşkil etməyə başlamışıq. Son zamanlar Azərbaycana artan maraq səbəbindən bu ölkənin paytaxtına həyata keçirəcəyimiz uçuşları səbirsizliklə gözləyirik”, - deyə “Etihad” hava yollarının baş icraçı direktoru Piter Baumqartner bildirib.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri