16 
Okt
2017
17:24
30
165
5347
Virtual karabakh

Evlərin qiyməti bahalaşacaqmı? - ŞƏRH

16 Okt, 2017
17:24
5347

Evlərin qiyməti bahalaşacaqmı? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Bazarda qiymətlərin gələcək hərəkətini müəyyən etmək üçün ilk növbədə bazara təsir edən amillər nəzərdən keçirilməlidir".

Oxu.Az xəbər verir ki, bunu "Value and Sources Consulting" şirkəti Rəşad Əliyev daşınmaz əmlak bazarını şərh edərkən bildirib. 

O deyib ki, hazırda bazara təsir edən amillər – inflyasiya, söküntü işləri, ipoteka kreditləşməsi, turizm axının artımı, "sosial mənzillər", bank sektorundakı vəziyyət, əhalinin sərəncamında olan sərbəst vəsaitlərin azalması və bazar gözləntiləridir: "Neftin qiyməti və manatın məzənnəsi bir təsiredici amillər kimi hələlik kənarda qalıblar. Ölkə daxilində pul vəsaitlərinin hərəkəti ilə bağlı məhdudiyyətlər (nağdsız hesablaşmalar ilə bağlı) artıq bazara öz mənfi təsirini göstərdi və bu da artıq bir amil kimi aradan qalxdı.

Bazarı nə gözləyir?

Ekspert yaxın zamanda bazarda yaxşı heç nəyin gözlənmədiyini dedi: "Bazara mənfi təsir edən amillər üstünlük təşkil edir və buna görə də qiymətlərə müsbət təsir edən texniki faktorlar ortaya çıxmasa, vəziyyət yaxşı olmayacaq. Əhəmiyyətli qiymət azalmasının müşahidə edilməməsi o demək deyil ki, bazar stabilləşib. Bu, daha çox bazarın "cansız" vəziyyətdə olmasına işarə edir. Alıcının pulu az, satıcının isə satmaq stimulu az. Bazarda alqı-satqı var, ancaq çox aşağı səviyyədədir. 

Bazarda artan ən əsas risklərdən biri də tikinti sektoru ilə bağlıdır. Söküntü işləri və "sosial mənzillər" üzrə bazara yaxın gələcəkdə çoxlu sayda mənzillərin daxil olması gözlənilir. Bu layihələr onsuz da adi qaydada bina tikən şirkətlərə mane olur. Yaranacaq təklif artımı adekvat pulla təmin edilmiş tələbatla qarşılanmasa, bazarda vəziyyətin pisləşməsi ilə yanaşı, tikinti şirkətlərini də pis duruma sala bilər. Onların vəziyyəti hazırda onsuz da yaxşı deyil. Belə görünür ki, bu risklər artıq dövlət qurumları tərəfindən də nəzərdən keçirilib. Xatırlayırsınızsa, müvafiq dəyişikliklərdən sonra İpoteka Fondu ipoteka kreditlərini tikintisi başa çatmayan mənzillərə də verə bilər. Yəni tikinti sektorundakı risklərin aradan qaldırılması üçün ödəmə qabiliyyətli tələbatın formalaşması mühüm məsələdir. Bunun isə yeganə yolu əlverişli şərtlərlə ipoteka proqramının genişləndirilməsidir. Sərt pul-kredit siyasəti dövründə isə bu "röyadır".

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri