16 
Okt
2017
17:07
6
79
1374
Virtual karabakh

SOCAR büdcə ödənişlərini açıqladı

16 Okt, 2017
17:07
1374

SOCAR büdcə ödənişlərini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR tərəfindən 2017-ci ilin sentyabr ayında dövlət büdcəsinə 117,330 mln. manat vəsait ödənilib.

Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 mlrd. 165,678 mln. manat vəsait köçürülüb. Bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 140,833 mln. manat və ya 13,7% çoxdur.

Bundan əlavə, 2017-ci ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) SOCAR tərəfindən 12,600 mln. manat vəsait köçürülüb. Cari ilin yanvar-sentyabr aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 112,426 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,263 mln. manat və ya 4,9% çoxdur.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri