17 
Okt
2017
12:41
8
47
1411
Virtual karabakh

Bankların bu qədər likvid vəsaitləri var

17 Okt, 2017
12:41
1411

Bankların bu qədər likvid vəsaitləri var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Faiz gəlirlərinin azalması banklara çətinlik yaratmayacaq".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, iki devalvasiyadan sonra bankların kredit portfelləri təbii olaraq azalmağa doğru meyillənib: "Eyni zamanda, devalvasiyalardan sonra dövlətin qəbul etdiyi qərarlar nəticəsində nağdsız hesablaşmalar birmənalı şəkildə artdı. 5,2 milyard manat nağd likvid vəsait və 1 milyard manata yaxın qiymətli kağızlar üzərinə yerləşdirilən vəsaitləri nəzərə alsaq, bank sektorunda qısa və uzunmüddətli olmaqla, ümumilikdə 6 milyard manatdan çox likvid vəsait yaranıb.

Eyni zamanda, bankların cəlb etdiyi valyuta vəsaitlərinin faiz dərəcələri kəskin aşağı düşdü. Manat vəsaitləri üzrə hazırda faiz dərəcələri enməyə doğrudur. Bankların hüquqi şəxslərə təqdim etdiyi manat və dollarda olan kreditlərin faiz dərəcələri aşağıya doğru çəkildi. Kreditlərin ümumi həcminin azalmasına görə faiz gəlirlərində aşağı meyillənmə faiz xərclərinin azaldılması hesabına kompensasiya olundu. Hesab edirəm ki, qarşıdakı dövr ərzində, yəni ilin sonu və 2018-ci ildə bankların kredit aktivliyi yüksələcək. Aktivliyin yüksəlməsi faiz gəlirlərinin aşağı enməsindən yaranan boşluğu ümumi həcmin artması hesabına təmin etmiş olacaq".

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri