17 
Okt
2017
12:49
4
78
4310
Virtual karabakh

Azərbaycanda kreditlərlə bağlı yeni PROQNOZ

17 Okt, 2017
12:49
4310

Azərbaycanda kreditlərlə bağlı yeni PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda kreditləşmə prosesi zəiflədiyi üçün kommersiya banklarının faiz gəlirlərinin azalması təbiidir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Bununla belə, onun sözlərinə görə, bankların cəlb etdiyi vəsaitlərin, o cümlədən əmanətlərin də gəlirliliyi aşağı düşdüyü üçün faiz gəlirləri və faiz xərcləri paralel azalır: “Hesab edirəm ki bu ilin sonuna və gələn il Azərbaycanda kredit aktivliyi yenidən artacaq və yaranmış boşluq dolacaq”.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri