17 
Okt
2017
14:52
113
52
3152
Virtual karabakh

“Uber” Azərbaycanda vergiyə cəlb edilə bilər

17 Okt, 2017
14:52
3152

“Uber” Azərbaycanda vergiyə cəlb edilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Uber” taksi xidmətinin vergiyə cəlb edilməsi ilə əlaqədar iclas keçirilib.

Bu barədə Oxu.Az-a ABA-nın mətbuat xidmətindən məlumat verilib.

İclasda ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ödəniş sistemlərinə nəzarət sektorunun rəhbəri Tamerlan Rüstəmov, Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar Departamentinin şöbə müdiri Fuad Səbziyev və Ekspert Qrupunun üzvləri iştirak ediblər.

İclas zamanı “Uber” taksi xidməti ilə bağlı qeyri-rezidentə elektron qaydada aparılan ödənişlər, digər taksi sistemlərinə elektron ödənişlərin tətbiqi, eləcə də, “Uber” taksi xidmətinin vergiyə cəlb edilməsi məsələləri müzakirə olunub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri