17 
Okt
2017
18:23
101
16
2777
Virtual karabakh

Neft nəhəngləri ciddi problemlərlə üzləşib

17 Okt, 2017
18:23
2777

Neft nəhəngləri ciddi problemlərlə üzləşib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın nəhəng neft şirkətlərinin balansları getdikcə kiçilməyə davam edir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, buna səbəb şirkətlərin yüksək xərcləri fonunda mənfəətlərinin azalması və borclarının kəskin artmasıdır.

Son 3 ildə aparıcı neft şirkətlərinin EROI (Energy Returned On Invested), yəni energetik rentabelliyi sərt şəkildə azalıb. Məsələn, "Chevron" şirkəti 1997-ci ildə neft 19 dollar/barel olarkən mənfəət əldə etdiyi halda, 2016-cı ildə neftin qiyməti 44 dollar olduqda zərər edib. Aşağıdakı cədvəldə 7 nəhəng neft şirkətinin 2004-cü və 2016-cı illərdə xalis mənfəətləri əks etdirilib:

Nəhəng neft şirkətləri 2008-ci il maliyyə böhranından sonra borclarını kəskin şəkildə artırmağa başlayıb. Belə ki, 2008-ci il böhranından çıxış üçün mərkəzi banklar maliyyə bazarlarına likvidlik ötürərək, neftin qiymətinin artmasına səbəb olsalar da, şirkətlərin kapital xərclərini də artırıblar. Məsələn, 2013-cü ildə 7 ən böyük neft şirkəti 213 mlrd. dollar gəlir əldə etsə də, kapital xərcləri 230 mlrd. dollar olub və xalis pul axını - 17 mlrd. dollar təşkil edib. Aşağıdakı cədvəldə 2007-2016-cı illərdə 7 nəhəng neft şirkətinin borcları əks etdirilib: 


Bu vəziyyət dünya neft sənayesinin, nəticədə dünya iqtisadiyyatının çökməsinə gətirib çıxara bilər. Prosesin tədricən baş verməsi, o cümlədən qiymətli kağızlar və əmlak qiymətlərinin kəskin azalması proqnozlaşdırılır.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri