18 
Okt
2017
14:48
80
15
2593
Virtual karabakh

"AFB Bank" zərərlə işləməyə başlayıb

18 Okt, 2017
14:48
2593

"AFB Bank" zərərlə işləməyə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2015 və 2016-cı illərdə xalis mənfəət əldə edən "AFB Bank" ASC bu il zərərlə üzləşib. 

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bank 2017-ci ilin 9 ayını 11 milyon 312 min manat zərərlə başa vurub. Zərərin yaranmasının səbəbi maliyyə qurumunun ehtiyatlara ayırmanı kəskin artırmasıdır. Bu da bankda problemli kreditlərin artmasına işarədir. 

Cari ilin yanvar-sentyabr aylarında "AFB Bank"ın cəmi gəlirləri 26 milyon 555 min manat, cəmi xərcləri isə 12 milyon 562 min manat təşkil edib. Nəticədə Bank 9 ayı 13 milyon 993 min manat əməliyyat mənfəətilə başa vurub. Bank kredit və depozit itkiləri üzrə ehtiyata 25 milyon 304 min manat ayırdığından cari ilin 9 ayında 11 milyon 312 min manat zərər edib. 

KAPİTALI “ƏRİYİB”

30 sentyabr 2017-ci il tarixində “AFB Bank” 349 milyon 499 min manat cəmi aktivlərə, 281 milyon 919 min manat cəmi öhdəliklərə və 67 milyon 579.9 min manat cəmi balans kapitalına malik olub. Bu ilin mart ayının sonunda Bankın cəmi balans kapitalı 82 milyon 173 min manat idi. Əsasən, yaranmış zərərlə bağlı olaraq bankın kapitalı azalıb.

"AFB Bank" ASC-də müştərilərə verilmiş kreditlər ötən ilin sonundakı 193,7 milyon manat səviyyəsindən 219 milyon 882 min manata yüksəlib. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri