18 
Okt
2017
15:15
17
52
1557
Virtual karabakh

“Mobil Şöbə” əlavəsinə ölkə üzrə pulköçürmə xidməti artırıldı

18 Okt, 2017
15:15
1557

“Mobil Şöbə” əlavəsinə ölkə üzrə pulköçürmə xidməti artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Bank Respublika"nın “Mobil Şöbə” xidmətinə “Vektor” ölkədaxili pulköçürmə sistemi əlavə edildi.

İndi istifadəçilər “Mobil Şöbə” üzərindən pul vəsaitlərini öz cari hesablarından və ya bank kartından yaxınlarına və qohumlarına nağd şəkildə göndərə biləcəklər. Pulu köçürmək üçün “Vektor” bölməsinə daxil olub, pulu alan şəxsin adı, soyadı, atasının adını və müvafiq məbləği qeyd etmək kifayət edir. Göndərilən məbləği bankın istənilən filialından almaq olar. 

Pulu alan şəxsin “Vektor” kartı varsa, vəsaiti birbaşa həmin karta köçürmək mümkündür. Karta köçürülən məbləği asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdırmaq, onlayn xərcləmək və ya POS-terminal üzrə alış etmək mümkün olacaq.

Xatırladırıq ki, “Mobil Şöbə” əlavəsini aşağıdakı linklərə keçid etməklə PlayMarket və AppStore-dan yükləmək olar.

iOS - https://appsto.re/az/7jeFbb.i

Android - https://play.google.com/store/apps/details?id=com.brmobilshobe

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri