18 
Okt
2017
17:24
13
65
1530
Virtual karabakh

Vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaiti bəlli oldu

18 Okt, 2017
17:24
1530

Vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaiti bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin həcmini açıqlayıb.

Oxu.Az qurumun saytında dərc olunan "Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə Forma"ya istinadən xəbər verir ki, 1 oktyabr 2017-ci il tarixinə fondun vəsaitlərinin miqdarı 62 mln. 229,99 min manat təşkil edib. 2016-cı ilin yanvarın 1-nə bu rəqəm 57,86 mln. manat olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində fonda daxil olan vəsaitdən 59 mln. 552,392 min manat xərclənib. Nəticədə hesabat dövrünün sonuna fondda qalıq 2 mln. 677,598 min manat təşkil edib.

Xərclərə nəzər saldıqda məlum olur ki, 2 mln. 18,067 min manat ştatda olan işçilərin əmək haqqına, 1 mln. 690,757 min manat ştatdankənar işçilərin əmək haqqına, 28 mln. 866,388 min manat əməyin ödənişi ilə bağlı sair pul ödənişlərinə, 7 mln. 37,916 min manat Dövlət Sosial Müdafiə Fonduna ayırmalara və s. xərclərə yönəlib.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri