18 
Okt
2017
17:37
30
55
1150
Virtual karabakh

"Total" rəhbəri: Neft hasilatının azaldılması ilə bağlı müddət uzadılmalıdır

18 Okt, 2017
17:37
1150

"Total" rəhbəri: Neft hasilatının azaldılması ilə bağlı müddət uzadılmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

OPEC və ona daxil olmayan ölkələr (OPEC+) neft hasilatının azaldılması ilə bağlı 2018-ci ilin mart ayının sonunda bitən anlaşmanı ən azı 2018-ci ilin sonuna qədər uzatmalıdır. 

Oxu.Az xəbər verir ki, bu barədə Report RİA Novosti-yə istinadən məlumat yayıb. 

Fransanın "Total" şirkətinin rəhbəri Patrik Puyanne (Patrick Pouyanne) bildirib ki, OPEC+ anlaşmasının effektivliyini istəyiriksə, o zaman anlaşma ən az 2 il davam etməlidir:  "3-4 il ərzində neft bazarında ehtiyatların artıqlığı müşahidə olunursa, neft bazarının sabitləşməsi üçün zaman lazım olur".

"Total" rəhbəri qeyd edib ki, neft bazarında tədricən sabitləşmə gedir.

Qeyd edək ki, OPEC+ anlaşmasının iştirakçısı olan ölkələrin nazirlər səviyyəsində növbəti sammiti noyabrın 29-da Vyanada keçiriləcək.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri