19 
Okt
2017
10:07
19
61
1099
Virtual karabakh

Avropa Yenidənqurma və İnkişaf Bankı TANAP-a kredit ayırdı

19 Okt, 2017
10:07
1099

Avropa Yenidənqurma və İnkişaf Bankı TANAP-a kredit ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə Heyəti Azərbaycan Trans Anadolu Qaz Kəməri layihəsi (TANAP) üzrə  "Cənub Qaz Koridoru" AŞ (SGC) şirkətinə 500 milyon dolların ayrılmasını təsdiqləyib.

Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bankdan verilən açıqlamada Xəzər dənizindən təbii qazı nəql edəcək TANAP-ın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı qeyd edilib. 

TANAP-ın əhəmiyyətli hissəsi olan "Cənub Qaz Koridoru" 3 min 500 kilometrdir və 6 ölkədən keçir. 

Qeyd edək ki, TANAP-ın ümumi dəyəri 40 milyard dollar qiymətləndirilib.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri