19 
Okt
2017
11:31
4
83
3655
Virtual karabakh

Büdcə kəsiri açıqlandı

19 Okt, 2017
11:31
3655

Büdcə kəsiri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,7% və ya 12783,7 mln. manat icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2161,5 mln. manat və ya 20,3% çoxdur.

Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, iqtisadi təsnifata uyğun olaraq, cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,1%-i və ya 4865,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 351,4 mln. manat və ya 7,8 faiz çoxdur.

Cari ilin doqquz ayında  dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,7 mln. manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 1666,1 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 64,9 mln. manat vəsait yönəldilib.

İyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4590,0 mln. manat icra olunub.

Hesabat dövründə dövlət büdcəsində 738,6 mln. manat kəsir (defisit) yaranıb. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və cari ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 17586,9 mln. manat, icmal büdcənin xərcləri isə 16972,4  mln. manat  icra olunub. İcmal büdcənin artıqlığı 614,5 mln. manat təşkil edib.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri