19 
Okt
2017
14:24
29
140
3837
Virtual karabakh

Azərbaycanda cərimələrin sayı artırılır

19 Okt, 2017
14:24
3837

Azərbaycanda cərimələrin sayı artırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsi və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki və hüquqi şəxslər cəzalandırılacaqlar.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilib. 

İnzibati Xətalar Məcəlləsinə 461.1-1-ci maddənin əlavə edilməsi planlaşdırılır. Əlavəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsi və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki şəxslər 50 manat məbləğində, hüquqi şəxslər 100 manat məbləğində cərimə ediləcəklər. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri