19 
Okt
2017
16:47
48
6
1774
Virtual karabakh

Palata İpoteka Fondunun işini tənqid etdi

19 Okt, 2017
16:47
1774

Palata İpoteka Fondunun işini tənqid etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) Müşahidə Şurası indiyədək ipoteka kreditləri üzrə zəmanətlərin verilməsi qaydasını təsdiq etməyib".

Oxu.Az Apa-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib.

AİF-in nizamnaməsinə əsasən, ipoteka kreditləri üzrə zəmanətlərin verilməsi əhalinin aztəminatlı təbəqəsinin ipoteka kreditlərinə olan tələbatının ödənməsi istiqamətində böyük təkan ola bilər ki, bu da qeyd edilən məsələnin aktuallığını şərtləndirmiş olur.

Nizamnamənin 7.6.5-ci bəndi ilə ipoteka kreditləri üzrə zəmanətlərin verilməsi qaydasının təsdiq edilməsi Müşahidə Şurasının səlahiyyətinə aid edilib. Lakin bu günə qədər müvafiq qaydaların hazırlanaraq təsdiq edilməsi təmin olunmayıb. Həmin qaydaların tezliklə hazırlanaraq təsdiq edilməsinin ölkə əhalisinin aztəminatlı hissəsinin ipoteka kreditlərindən yararlanması istiqamətində mühüm addım olacağını hesab edirik.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri