19 
Okt
2017
17:21
11
83
2314
Virtual karabakh

Bağlanan banklardakı ipoteka kreditlərinin taleyi -Rəsmi

19 Okt, 2017
17:21
2314

Bağlanan banklardakı ipoteka kreditlərinin taleyi -Rəsmi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Ləğv olunmuş bankın kredit portfelinin digər banka ötürülməsini tənzimləyən müvafiq qaydalar hazırlanıb və təsdiq edilməsi məqsədəmüvafiq olar".
 
Oxu.Az Apa-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Nəzarət tədbiri 2015-2016-cı illəri əhatə edir.

Sənəddə qeyd edilib ki, bank sektorunda gedən lisenziyaların ləğvetmə prosesləri "Azərbaycan İpoteka Fondu" ASC (AİF) ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarından yan keçməyib, bəzi banklar ləğv olunaraq onların kredit portfeli üzrə öhdəlikləri digər banklara ötürülüb. Təqdim edilən məlumatlara əsasən, ləğv olunmuş bankların kredit portfelinin digər banka ötürülməsi müvafiq qayda ilə deyil, qarşılıqlı (AİF ilə portfeli qəbul edən bank arasında) razılıq əsasında həyata keçirilib. Belə ki, 01.01.2016-cı il tarixə "Bank BTB" ASC-nin ümumi xidmət portfeli 3 mln. 906 min manat təşkil edirdisə, qeyd edilən proseslərlə əlaqədar qəbul etdiyi xidmət portfelinin qalığı 62 mln. 387,8 min manat təşkil edib. Bu isə həmin portfelə keyfiyyətli və dayanıqlı xidmət göstərilməsi vəziyyətinin yüksək risk qrupuna aid edilməklə, eyni zamanda AİF tərəfindən vəsaitlərin idarə olunması tarazlığının qorunması vəziyyətini əks etdirmir. Ölkədə bir sıra bankların reytinqinin olmaması gələcəkdə də belə halların baş verəcəyini şərtləndirir.
 
"Qeyd edilənləri nəzərə alaraq ləğv olunmuş bankın kredit portfelinin digər banka ötürülməsini tənzimləyən müvafiq qaydalar hazırlanıb və təsdiq edilməsi məqsədəmüvafiq olardı", - deyə sənəddə vurğulanıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri