19 
Okt
2017
18:05
11
67
1674
Virtual karabakh

OPEK 2020-ci ilə qlobal neft tələbatını açıqladı

19 Okt, 2017
18:05
1674

OPEK 2020-ci ilə qlobal neft tələbatını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"2020-ci ilə qlobal neft tələbatının 100 mln. barel/gün həddini ötəcəyi gözlənilir". 

Oxu.Az Report-a istinadən xəbər verir ki, belə bir proqnozla OPEC-in baş katibi Məhəmməd Barkindo Londonda keçirilən "Oil and Money" neft-qaz konfransında çıxış edib.

Bu, 2017-ci ilin yekununa gözlənilən 96,8 mln. barel/gün neft tələbi göstəricisindən 3,3% çoxdur.

Barkindo həmçinin qeyd edib ki, qlobal neft bazarının tarazlanması prosesi sürətlənir. Yaxın zamanlarda neftə tələbatın pik nöqtəsi gözlənilmir, neft qiymətləri və tələbat artmaqda davam edəcək. Belə ki, dünya iqtisadiyyatının artım tempi yüksəlməyə davam edir.

OPEC başçısı Liviya və Nigeriyada neft hasilatının tədricən artdığını, bu ölkələrin gələcəkdə OPEC+ anlaşmasına qatılması üçün hasilatı hədəflənən səviyyəyə çatdırması gərəkdiyini xatırladıb. Bu ölkələrdə hələ də maliyyə və təhlükəsizlik problemlərinin olduğu qeyd edilib.
Barkindoya görə, OECD ölkələrinin neft ehtiyatları sentyabr ayında son 5 illik orta səviyyədən 159 mln. barel çox olub. Bu isə yanvarın 1-nə olan göstəricidən 2 dəfə azdır.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri