20 
Okt
2017
14:39
25
123
2941
Virtual karabakh

Neftin qiymətinin 5 dollar/barel enməsi büdcə gəlirlərini azalda bilər

20 Okt, 2017
14:39
2941

Neftin qiymətinin 5 dollar/barel enməsi büdcə gəlirlərini azalda bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablamalara əsasən, dünya bazarında xam neftin qiymətinin 5 dollar/barel enməsi Azərbaycanın büdcə gəlirlərinin səviyyəsini 62,5 mln. manat azalda bilər.

Oxu.Az-ın məlumatına görə, bu barədə Report “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Qeyd olunub ki, Azərbaycanın dövlət maliyyə idarəetməsi xarici və daxili amillərdən asılı olan bir sıra fiskal risklərlə qarşılaşa bilər: “Ölkənin əsas ixrac əmtəəsi olan xam neftin qiymətinin azalması neft şirkətlərinin, Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ödədiyi mənfəət vergisi vasitəsilə büdcəyə birbaşa təsir göstərir".

Hesablamalara əsasən, xam neftin qiymətinin 5 ABŞ dolları/barel azalması büdcə gəlirlərinin səviyyəsini 62,5 mln. manat azalda bilər. Xam neftin qiymətinin dəyişməsi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri vasitəsilə həmçinin icmal büdcəyə təsir göstərir. Belə ki, xam neftin qiymətinin 5 dollar həcmində enməsi ARDNF gəlirlərinin 794 mln. manat azalmasına gətirib-çıxara bilər.

Sənəddə qeyd edilib ki, xam neft qiymətlərinin enməsi hazırda mövcud olan müsbət ticarət saldosunu azaldaraq, tədiyyə balansına birbaşa mənfi təsir göstərə bilər: “Tədiyyə balansında kəsir yarandığı təqdirdə məzənnə üzərində təzyiqlərin artması riskini aktuallaşdıra bilər. Digər tərəfdən, tədiyyə balansının kəsirinin maliyyələşməsi nəticəsində strateji valyuta ehtiyatlarının azalması ölkənin beynəlxalq ödəmə qabiliyyətinə, o cümlədən xarici valyutada öhdəliklər üzrə faiz dərəcələrinə təsir göstərməklə, dövlət büdcəsinin xərc yükünü artıra bilər”.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri