20 
Okt
2017
14:50
8
58
1226
Virtual karabakh

Bu ilin 3-cü rübündə VTB (Azərbaycan)-ın depozit portfeli artıb

20 Okt, 2017
14:50
1226

Bu ilin 3-cü rübündə VTB (Azərbaycan)-ın depozit portfeli artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin 3-cü rübünün nəticələrinə görə, bank VTB (Azərbaycan)-ın depozit portfeli 4,3 mln. manat artaraq, 183,4 mln. manat təşkil edib. Depozit portfelinin 142,9 mln. manatı bank və digər maliyyə institutlarının payına düşüb. 

Üçüncü rübün sonuna bankın kredit portfeli 304,5 mln. manat təşkil edib. Kredit portfelinin 60%-dən çoxu hüquqi şəxslərin və sahibkarların payına düşür: təxminən 47% ticarət və xidmət sahəsinə, 15% isə sənaye sektorundakı layihələrə yönəlib. 

Hesabat dövrü ərzində bankın aktivləri 395 mln. manatı keçib, bankın mənfəəti isə 2,4 mln. manat təşkil edib. 

Normativ tələbləri 5% və 10% olan birinci və ikinci dərəcəli kapital adekvatlığı üzrə göstəricilər bankda müvafiq olaraq 33,54% və 50,69% təşkil edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri