23 
Okt
2017
17:55
14
72
3423
Virtual karabakh

Mətn mesajlarında yalanı aşkar etmək olacaq

23 Okt, 2017
17:55
3423

Mətn mesajlarında yalanı aşkar etmək olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu-Yorkda Kornell Universitetinin alimləri mətn mesajlarında yalanı müəyyənləşdirmək üsulunu aydınlaşdırıblar. Bu haqda “Daily Mail” nəşri yazır.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, alimlər ilk öncə “Android” sistemi üçün messencer yaradıblar, bundan sonra isə təxminən 1700 dialoq toplayıblar. Daha sonra alimlər yazışmaları 2 qrupa (düzgün və yalan mesajlardan ibarət) bölüblər və onları təhlil etməyə başlayıblar.

Məlum olub ki, qadınlarla müqayisədə kişilərin yazışmasında yalanı aşkar etmək çətindir. Tədqiqat müəlliflərinin sözlərinə görə, qadınlar yalan danışmaq istədikdə uzun cümlələrdən istifadə edirlər, halbuki bu, kişilərdə müşahidə olunmur.

Bundan başqa, qadınlar yalan danışarkən daha çox "mən", kişilər isə "mənim" əvəzliyindən istifadə edirlər.
L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri