24 
Okt
2017
11:42
21
58
2581
Virtual karabakh

"Xalq Bank"ın Göyçay filialı fəaliyyətə başladı

24 Okt, 2017
11:42
2581

"Xalq Bank"ın Göyçay filialı fəaliyyətə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

16 oktyabr 2017-ci il tarixindən etibarən ASC "Xalq" Bankın Göyçay şəhərində yeni filialı fəaliyyətə başlayıb. "Göyçay" filialı Bankın sayca iyirmi doqquzuncu, regionlarda fəaliyyət göstərən iyirmi birinci filialıdır. Yeni filial əhaliyə, sahibkarlara və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla, tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir. Filial, Göyçay şəh., H.Əliyev pr., 60 ünvanda yerləşir. Telefon: (02027) 4-62-06; Faks: (02027) 4-62-07.

Müştərilər və əhali arasında stabil və dayanıqlı bank kimi etibar qazanmış "Xalq Bank" əsas maliyyə göstəricilərinə görə ölkənin ilk üçlükdə olan lider banklarından biridir. Bankın nizamnamə kapitalı 225, 078,6 mln. manat təşkil edir. Hazırda "Xalq" Bankın Bakıda və regionlarda 29 filialı fəaliyyət göstərir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri