10 
Noy
2017
15:34
33
65
1792
Virtual karabakh

Depozitlərdə dollarlaşma dərəcəsi azalıb, kreditlərdə isə artıb

10 Noy, 2017
15:34
1792

Depozitlərdə dollarlaşma dərəcəsi azalıb, kreditlərdə isə artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il oktyabrın 1-nə 71,78% təşkil edib. Ötən ay bu göstərici 72,18%, yanvarın 1-nə 79,63%,  ötən ilin analoji dövründə isə 81,75% olub.

Oxu.Az  Report-a istinadən xəbər verir ki, cəmi depozit bazasında dollarlaşma dərəcəsi sentyabr ayının 1-nə 74,6% olub. Keçən ay bu göstərici 77,6%, bu ilin yanvarın 1-nə 75,29%, 2016-cı ilin analoji dövründə isə 81,05% təşkil edib. Depozitlər üzrə dollarlaşmanın azalması xarici valyutada sentyabr ayında depozit həcminin 2 mlrd. dollara yaxın azalması ilə bağlı olub. 

Kreditlərin strukturunda isə dollarlaşma səviyyəsi 2017-ci il oktyabrın 1-nə 41,99% təşkil edib. Sentyabrın 1-nə bu göstərici 41,64 %, yanvarın 1-nə 47,32%, ötən il oktyabrın 1-nə isə 47,29%-ə bərabər olub

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri