Yan
2018
10:57
20
107
2686
Virtual karabakh

Bank kreditlərinin həcmi artıb - RƏQƏMLƏR

6 Yan, 2018
10:57
2686

Bank kreditlərinin həcmi artıb - RƏQƏMLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin dekabr ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 780,2 mln. manat təşkil edib.

Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu da oktyabr ayı ilə müqayisədə 72,7 mln. manat və ya 0,62% artım deməkdir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 1,636.7 mln. manat təşkil edib. Noyabr ayının əvvəlinə bu rəqəm 1,651.0  mln. manat olub.

Əhalinin əmanətləri isə 7,346.6 mln. manat təşkil edib. Əmanətlər 1.3% və ya 96.4 mln. manat artıb. 

Hesabat dövrünə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26,393.9 mln. manat, cəmi öhdəlikləri isə 23,255 mln. manat olub. Digər aktivlərin (məqsədli ehtiyatlar çıxılmaqla) həcmi 1,579.0  mln. manat təşkil edib. Noyabr ayının 1-nə bu rəqəm 1,457.1 mln. manat olub. 

Mərkəzi Bankın banklara qarşı tələbləri 548.6 mln. manat təşkil edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri