13 
Yan
2018
10:37
128
39
6261
Virtual karabakh

Şəxsi yığımları az olan vətəndaşlar ipoteka ala biləcəklər

13 Yan, 2018
10:37
6261

Şəxsi yığımları az olan vətəndaşlar ipoteka ala biləcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasının təmin edilməsi məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb.

Oxu.Az “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabatına istinadən xəbərə verir ki, Dünya Bankı ilə imzalanmış birgə əməkdaşlığa dair saziş çərçivəsində zəmanətlərin verilməsi üzrə müvafiq qaydaların layihəsi hazırlanıb.

O cümlədən risklərin idarə edilməsi üzrə baza modeli və müvafiq mexanizm formalaşdırılıb. İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur.

Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri