21 
Sen
2017
01:03
6
85
3687
Virtual karabakh

Bankçılıqda nəhəng birləşmə siqnalı - 1.4 trilyon avro

21 Sen, 2017
01:03
3687

Bankçılıqda nəhəng birləşmə siqnalı - 1.4 trilyon avro

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın ən böyük bankı olan "Unicredit", Avropada potensial tərəfdaş axtarışında gözünü Almaniya hökumətinin də 15 faiz səhminin sahibi olduğu "Commerzbank"a dikib.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, "Reuters"ə danışan iki mənbə "Unicredit"in bankı tam satın almaq istədiyini və orta perspektivdə prosesin baş verəcəyini iddia edib.

"Unicredit", ötən il 891 milyard avro cəmi aktivlərə çatmış, ancaq 11.8 milyard avro xalis zərərlə rekord qıraraq, 2016-cı ilin dekabr ayında 14 min nəfəri işdən çıxararaq 900 şöbəsini bağlamışdı. İtalyan nəhənginin hazırda 95 minə yaxın əməkdaşı var.

2008-ci ildəki maliyyə böhranında Alman hökumətinin 18.2 milyard avro məbləğində yardımı ilə xilas edilən "Commerzbank" ötən il 1.4 milyard avro əməliyyat mənfəəti  açıqlamışdı. Bankın 2016 maliyyə ilində cəmi aktivləri isə 480 milyard avro həcmində olub.

CƏMİ AKTİVLƏRİ 1.4 TRİLYON AVRODUR

İki bankın birləşməsi vəziyyətində cəmi aktivlərin dəyəri, 2016 məlumatlarına görə, 1.4 trilyon avro böyüklüyə yaxınlaşır.

"Commerzbank" mümkün birləşmə ilə bağlı heç bir şərh verməsə də, Almaniyanın maliyyə nazirliyi "Bir sıra məsələ ilə bağlı maliyyə investorları rəsmilərlə əlaqəyə keçib" açıqlamasını verib. O, Almaniyanın "Commerzbank"da olan səhmlərini əbədi saxlamaq istəmədiklərini qeyd edib.

"Unicredit" isə strateji geri dönüşə fokuslandığını desə də, mövzu ilə bağlı bir  cavab verməyib.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri