28 
İyn
2018
13:00
20
73
3544
Virtual karabakh

Qlobal ticarətdə neft müharibəsi - Kim itirir?

28 İyn, 2018
13:00
3544

Qlobal ticarətdə neft müharibəsi - Kim itirir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ qlobal ticarət müharibəsində yeni cəbhə açıb.

Belə ki, Donald Tramp hökuməti Çin, Avropa Birliyi və Türkiyədən idxal edilən bəzi məhsullara əlavə gömrük vergisinin tətbiqinə qərar verməklə bərabər, İranın gəlir qaynaqlarını da kəsmək istiqamətində hərəkətə keçib. Müttəfiq ölkələrdən noyabrın 4-nə qədər İranla neft ticarətini dayandırmağı tələb edib. 

ABŞ-ın xarici işlər nazirliyinin yüksək yetkilisinin “Reuters”ə verdiyi açıqlamaya görə, Vaşinqton bu dəfə tələblərində daha ciddi və sərtdir. Lakin güzəştə getmək niyyətində olmasa da, bir açıq qapı buraxıb. 

Sıfıra düşmələrini istəyirik 

Qeyd edək ki, ötən ay D.Tramp 6 ölkə ilə İran arasında 2015-ci ilin iyulunda bağlanan nüvə müqaviləsindən geri çəkildiyini açıqladı. O cümlədən, sanksiyaların yenidən tətbiqinə dair qərar verdi.

Düzdür, sanksiyaların noyabrın 4-dən başlanacağı gözlənilirdi. Lakin müddət tezləşdirildi. Yeni qərara görə, müttəfiq ölkələr, şirkətlər göstərilən tarixə qədər İrandan neft idxalını sıfırlamalıdırlar.

Yeri gəlmişkən ABŞ həmişə olduğu kimi, bu dəfə də bazarda yaranacaq kəsiri ərəb ölkələri hesabına doldurmaq niyyətindədir. Mətbuata sızdırılan məlumatlara görə, bu istiqamətdə danışıqların aparılması məqsədilə ABŞ nümayəndə heyəti Orta Şərqə səfər edəcək. 

Bu arada Səudiyyə Ərəbistanının neft sektoruna yaxın mənbələr də iddia edir ki, iyul ayında ölkə neft hasilatını ən yüksək səviyyəyə çatdırmağı planlaşdırır.

İrana gəlincə, hələlik sakitliyini qoruyur və yaxın aylarda bazardan çıxmayacağını bəyan edir. 

Asiya ölkələrinin razılığı əsas şərtdir 

Nəzərə çatdıraq ki, İrandan neftin Asiya bazarında payı böyükdür. ABŞ-ın məqsədinə çatması üçün Türkiyə, Hindistan, Çin, Cənubi Koreya və Yaponiya kimi dövlətlərin razılığını alması mütləqdir. Bəs bu ölkələr Tramp hökumətinə istədiyini verəcəklərmi? 

Əvvəla, İran Türkiyənin neftə olan tələbatının yarısını ödəyir. TÜRPAŞ-ın idxal etdiyi neftin 45 faizi İranın payına düşür. Şirkətə İrandan neft almaq daha ucuz başa gəlir, nəinki İraq, Rusiya, Səudiyyə Ərəbistanı və Qazaxıstan kimi ölkələrdən.

Digər asiyalı müştərilərə -Hindistan, Çin, Cənubi Koreya və Yaponiya üçün də vəziyyət eynidir. Xüsusilə, sonuncu iki dövlət İrandan gündəlik 200 min barel neft alır. Onların mövcud bazardan imtinası ciddi itki deməkdir. Bunu nəzərə alan Yaponiya və Cənubi Koreya hökuməti hərəkətə keçərək, ABŞ-ın onlara güzəştə getməsi yönündə müzakirələrə başlayıblar. 

Neft hər gün bahalaşır

Hələlik ABŞ-ın qərarından udan tərəf bazar iştirakçılarıdır. Neftin qiyməti son 3 gündə 2 dollar bahalaşaraq 70 dolları keçib. 

Analitiklər ilin sonuna qədər bu qiymət depazonunun qoruyub saxlanacağını düşünürlər. Onların fikrincə, İran Suriya deyil və qlobal neft bazarının əsas oyunçularından biridir. O səbəbdən də sanksiyalar bazara ciddi təsir göstərəcək. Bu fonda neftin dəyərinin 80-90 dollara yüksəlməsi istisna deyil. 

İrandan neft tədarükünün məhdudlaşdırılması bazarda qıtlıq yarada bilər. Daha bir ssenari məhdudiyyətlərin ləğvindən sonra bazar iştirakçılarının kranın ağzını açması, bunun da qiymətlərin yenidən 20 dollara qədər düşməsinə gətirib çıxarması ola bilər”.

Bu arada Avropa Yenidənqurma və İnkişaf Bankı da D.Trampın qərarından sonra neftin qiyməti ilə bağlı 2018-2019-cu illər üzrə proqnozunu 5-10 dollar artıraraq 75-80 dollara yüksəldib. Bank eyni zamanda bank neftin dəyərinin yenidən ucuzlaşacağını, 55 dollara düşəcəyini istisna etmir.

İranın dünya neft bazarında rolu 

İran dünya neft bazarının 5-ci ən böyük təhcizatçısıdır. Eləcə də OPEC-də Səudiyyə Ərəbistanı və İraqdan sonra neft istehsalı çox olan üçüncü ölkədir. Burada gündəlik neft hasilatı 3,8 milyon barel təşkil edir. 

Ekspertlərin fikrincə, İran bazardan çıxmayacağı ilə bağlı iddialarında haqlıdır: 

“Ötən sanksiyalar göstərdi ki, İran öz neftinə bazar tapmağı bacarır. Yenə də üçüncü ölkələrə neft satışını reallaşdıracaq. Buna görə bazardan ancaq İran neftinin kiçik həcmi çıxa bilər”.

L.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri