19 
Okt
2018
13:22
300
54
6127
Virtual karabakh

Azərbaycan və Türkiyə liderləri STAR zavodunu açacaqlar - İNFOQRAFİKA

19 Okt, 2018
13:22
6127

Azərbaycan və Türkiyə liderləri STAR zavodunu açacaqlar - İNFOQRAFİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Star” neft emalı zavodunun açılış mərasimi Türkiyənin İzmir bölgəsinin Aliağa rayonunda oktyabrın 19-da keçiriləcək. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. 

“Star” zavodunu “SOCAR Türkiyə” tikib (Azərbaycan Dövlət Neft Şirkəti olan SOCAR-ın Türkiyədəki törəməsi). 

Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə prezident administrasiyasından verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycan hökumətinin, müxtəlif təşkilatların və institutların, enerji şirkətlərinin nümayəndələri açılış mərasiminə qatılacaq. 

Dev yatırım 'Star Rafinerisi' yarın açılıyor

“Star” neft emalı zavoduna altı milyard dollar investisiya yatırılıb ki, bu da Türkiyədə özəl sektora qoyulan ən böyük kapitaldır. 

“Star” - son illər Avropa, Yaxın Şərq və Şimali Afrikada neft sahəsindəki ən nəhəng layihələrdən biridir. 

Zavodun açılış mərasiminədək Türkiyə və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək. 

Zavodun istehsal gücü illik 10 milyon tondur. Zavod bu gün Türkiyədə idxal olunan malları istehsal edəcək. 

“Star”da ildə beş milyon ton dizel yanacağı, 1,6 milyon ton təyyarə yanacağı, 1,6 milyon ton liqroin, 700 min ton neft koksu, 300 min ton TMQ və 160 min ton kükürd istehsal olunacaq.

Dizel, aviasiya və TMQ yanacaqları yerli bazara çıxarılacaq. Zavoda qoyulan sərmayə Türkiyənin büdcə kəsirini bu il 1,6 milyard dollar azaldacaq.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri