Noy
2018
12:16
62
160
5151
Virtual karabakh

Yumurtaya və toyuq ətinə gömrük güzəşti saxlanıldı - QƏRAR

8 Noy, 2018
12:16
5151

Yumurtaya və toyuq ətinə gömrük güzəşti saxlanıldı - QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti quş əti və onun subməhsullarının respublikaya idxalına tətbiq olunan güzəştli gömrük rüsumu dərəcələrini daha bir il müddətinə uzadıb.

Oxu.Az xəbər verir ki, beləliklə, güzəştlər 2019-cu il dekabr ayının ortalarınadək qüvvədə saxlayıb. 

“2017-ci ilin noyabr ayında Nazirlər Kabineti Azərbaycana ev toyuğu ətinin (təzə, soyudulmuş və dondurulmuş) və ondan hazırlanan məmulatların idxalına 1 dollar (1 kq-a görə), 1000 ədəd yumurtanın idxalına 100 dollar məbləğində gömrük güzəşti tətbiq edib.

Rüsum dərəcələri 1 noyabr 2018-ci il tarixinədək qüvvədə olub. Hökumətin yeni qərarı ilə onların müddəti 15 dekabr 2019-cu il tarixinədək uzadılıb”, - deyə hökumətdən qeyd ediblər.

Bu qərar 2018-ci il noyabrın 7-də İqtisadiyyat, Maliyyə, Vergilər, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təklifləri nəzərə alınmaqla qəbul edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri