Noy
2018
17:04
136
47
1841
Virtual karabakh

“Expressbank” Bayraq gününə həsr olunmuş yürüş keçirdi

9 noyabr – Dövlət Bayrağı günü – hər birimiz üçün doğma və önəmli bir gündür. Bayrağımıza olan hörmət və ehtiramı nümayiş etdirmək isə həm borcumuzdur, həm də hər birimizi qürurlandırır!

Bu günlərdə “Expressbank” ASC  “Ucal bayrağım, ucal! ” şuarı altında Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş keçirdi. Bankın 200-dək əməkdaşı bir araya gələrək Dənizkənarı Milli Parkdan Bayraq meydanına üz tutdu. Ümumi uzunluğu 4 kilometr olan məsafəni ən tez qət edən əməkdaşlar müxtəlif hədiyyələrlə ilə təltif olundular.  

Fürsətdən istifadə edərək “Expressbank” bütün Azərbaycanlıların bayramını təbrik edir, bayrağımızın heç zaman enməməsini arzulayır!

“Expressbank” fərqli bank xidmətləri göstərən, 16 filialdan ibarət şəbəkəyə malik, ölkənin aparıcı banklarından biridir. 

Bankın xidmətləri barədə  ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri