12 
Noy
2018
15:14
36
97
15894
Virtual karabakh

Dövlət qurumları avtomobillərini satışa çıxardı - QİYMƏTLƏR

12 Noy, 2018
15:14
15894

Dövlət qurumları avtomobillərini satışa çıxardı - QİYMƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 11-də növbəti hərrac barədə elan verib. 

Oxu.Az xəbər verir ki, dövlət qurumlarının balansında olan maşınlar satışa çıxarılacaq.

Onların sırasında yer alan maşınlardan üçü Vergilər Nazirliyinin balansındadır. Siyahıda ən ucuz maşın 2007-ci ilə aid olan “Daewoo Nexia”dır. Onun ilkin satış qiyməti 2880 manat müəyyən edilib. “KİA Optima”lar (2005) isə 3600 manata satılır. 

Xüsusi Dövlət Mühafizə Xidmətinin balansında olan “Mitsubishi L-200” markalı maşının (2005) ilkin satış qiyməti beş min manatdır. 2006-cı ildə istehsal edilən “Mitsubishi Galant” isə 7 500 manata satılır. 

Hərracın ən baha maşını isə “Mercedes Benz S350”dir. Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin balansında olan maşın 30 min manata hərraca çıxarılıb. Avtomobil 2008-ci ildə istehsal edilib. 

Maşınları hərracda almaq üçün onların qabaqcadan dəyərinin 10%-i məbləğində beh ödənilməlidir. Sifarişlər  Əmlak Məsələləri  Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri