12 
Noy
2018
15:37
31
224
10565
Virtual karabakh

Azərbaycanda nazir özünə dörd müşavir axtarır

12 Noy, 2018
15:37
10565

Azərbaycanda nazir özünə dörd müşavir axtarır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə dörd müşavir seçmək üçün daxili müsahibə elan edib.

Oxu.Az-ın məlumatına görə, nazirin müvafiq əmri qurumun rəsmi saytında dərc olunub.

Ümumilikdə nazirliyin aparatına, şəhər və rayon təşkilatlarında boş qalan 217 yüksək vəzifə üzrə müsahibə elan olunub.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı üzrə 36 yer, Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üzrə 26 yer, Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatı və rayon (şəhər) şöbələri üzrə 101 yer, Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Aparatı və rayon (şəhər) Məşğulluq Mərkəzləri üzrə 54 boş qalan yerə müsahibə keçirilir. Vakant yerlərə şöbə müdiri, rəis, baş mütəxəssis kimi vəzifələr daxildir. 

Vakansiyalar haqqında ətraflı məlumat üçün bu linkə keçid edin.

İlhamə Abdullayeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri