12 
Noy
2018
16:32
52
132
7400
Virtual karabakh

Azərbaycanda yarım milyon manata gəmi satılır

12 Noy, 2018
16:32
7400

Azərbaycanda yarım milyon manata gəmi satılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ləğv edilən “Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” ASC-yə məxsus buzqıran gəmi üçüncü dəfə 10% endirimlə satışa çıxarılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, dekabrın 11-də baş tutacaq hərracda satılacaq gəminin ilkin satış qiyməti 459 min manat müəyyən edilib. Gəmini almaq üçün hərraca qoşulmaq istəyən hüquqi və fiziki şəxslər öncədən 45 min 900 manat beh ödəməlidir.    

Xatırladaq ki, “Kapitan Rəcəbov” adına buzqıran gəmi 1976-cı ildə istehsal edilib. Sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq. 

İlhamə Abdullayeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri