12 
Noy
2018
18:00
181
56
13788
Virtual karabakh

“Mardan Palace” kirayəyə verildi

12 Noy, 2018
18:00
13788

“Mardan Palace” kirayəyə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mardan Palace” hoteli “Titanic Hotels”in mülkiyyətinə verilib. 

Oxu.Az “Milliyət” qəzetinə istinadla xəbər verir ki, Antalyada yerləşən hotelin alıcısı olmadığı üçün “Titanic Hotels”ə kirayəyə verilib. 

“Uzun sürən danışıqlar başa çatıb. “Mardan Palace” üçün yeni dövr başlayır. Hotelimiz yeni turizm mövsümündən etibarən fəaliyyətə başlayacaq. Hotelin yenidən qurulmasına qərar verilib”, - “Titanic Hotels”in direktorlar şurasının sədri Mehmet Aygün deyib və əlavə edib ki, bir müddət əvvəl hoteli Telman İsmayılovdan alan Türkiyənin “HalkBank” bankı ilə danışıqlar uğurla başa çatıb. 

Yeddi ulduzlu “Mardan Palace Hotel” Azərbaycan əsilli iş adamı Telman İsmayılov tərəfindən 1,4 milyard dollara inşa etdirilib. Hotelin 2009-cu ildə keçirilmiş açılış mərasimində Qazaxıstan prezidenti Nursultan Nazarbayev, dünyaca məşhur ulduzlar Şeron Stoun, Riçard Gir, Peris Hilton, Meray Keri və Monika Beluççi iştirak ediblər. 

2009-cu ildə Rusiya hüquq-mühafizə orqanları tərəfindən T.İsmayılova qarşı iddia irəli sürülüb. Biznesmenin əsas aktivlərindən olan Moskvadakı Çerkizov bazarı araşdırmalardan sonra bağlanılıb. İsmayılov kreditlərin verilməsi ilə bağlı çətinliklərlə qarşılaşıb. 2015-ci ildə “Mardan Palace” Türkiyənin “HalkBank” bankı tərəfindən 130 milyon dollara alınıb.

Çinarə Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri