13 
Noy
2018
12:25
57
271
2495
Virtual karabakh

Spiker: Ölkənin valyuta ehtiyatları 45 milyarda çatıb

13 Noy, 2018
12:25
2495

Spiker: Ölkənin valyuta ehtiyatları 45 milyarda çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisdə plenar iclaslarda 2019-ci ilin büdcə zərfinin müzakirələrinə başlanılıb.

Oxu.Az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası bu il də davam etdirilib:

“Makroiqtisadi sabitlik bu il də qorunub-saxlanılıb. Konkret olaraq, ölkənin valyuta ehtiyatları 3 milyard artaraq, 45 milyarda çatıb. 2019-cu ilin büdcəsinin əsas göstəricisinə gəlincə, bu, məqsədli layihələr üzrə xərclənmədə olacaq.

Belə ki, məqsədli layihələr büdcənin 42 faizini təşkil edir. Büdcənin 32 faizini isə sosialyönümlü xərclər təşkil edir ki, bu da bir daha büdcənin sosialyönümlü olmasına dəlalət edir”. 

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri