13 
Noy
2018
15:09
14
131
2427
Virtual karabakh

Şahin Mustafayev: Sahibkarlıq sahəsində 488 yoxlama keçirilib

13 Noy, 2018
15:09
2427

Şahin Mustafayev: Sahibkarlıq sahəsində 488 yoxlama keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumi Daxili Məhsulun (ÜDM) iqtisadiyyatda çəkisinin 2019-cu ildə 3,9 faiz, növbəti illərdə isə 3,4 faiz artacağı gözlənilir.  

Oxu.Az xəbər verir ki, bunu parlamentin büdcə müzakirələrində iqtisadiyyat naziri Şahin  Mustafayev deyib. 

Onun sözlərinə görə, “Şahdəniz” neft yatağında gələn il istehsalın artması ilə əlaqədar 3,2, növbəti illərdə isə 3,1 faizlik artım gözlənilir:

“Regionlarda gerçəkləşdiriləcək növbəti investisiya proqramları çərçivəsində gələn il 21 min iş yerinin açılması nəzərdə tutulur. Bunun üçün də büdcədən 2,7 milyard manat pul ayrılıb. Bununla yanaşı, qeyri-neft sektorunun iqtisadiyyatda payı 3,9, növbəti illərdə isə 3,5 faiz olacağı gözlənilir”.

Nazir sahibkarlıq sahəsində aparılan yoxlamaların gedişatına toxunaraq qeyd edib ki, məlumdur ki, bu sahədə yoxlamalar dövlət başçısının tapşırığı ilə dayandırılıb:

“Ancaq vergi ilə bağlı yoxlamaları çıxmaqla, sahibkarlıq sahəsində cəmi 488 yoxlama keçirilib. Bundan əlavə, lisenziyaların sayı bu illər ərzində 59-dan 37-yə, icazələrin sayı isə dörd dəfə azaldılaraq 86-ya çatdırılıb”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri